İçəri şəhər

coğ. Itchéri chéher

içəri
içəridən
OBASTAN VİKİ
İçəri Şəhər
"İçərişəhər", xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir. 1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.
İçəri Şəhər (1964)
== Məzmun == Film tarixi abidə — İçərişəhər haqqındadır.
İçəri Şəhər (1978)
== Məzmun == Qədim memarlıq abidələrini nadir "daş kitab", "donmuş musiqi" adlandırırlar. Filmdə İçəri şəhərin ərazisində yerləşən memarlıq abidələrindən, bu nadir tarixi kompleksin bugünkü taleyindən, problemlərindən bəhs olunur.
İçəri Şəhər (Vyana)
İçəri Şəhər — Vyananın 1-ci rayonu və tarixi şəhər mərkəzi. 1850-ci ildə Vyana rayonları təyin olunana qədər Vyana sözü bu bölgəni ifadə edirdi. Rayon ənənəvi olaraq dörd bölgəyə bölünür: Stubenviertel (Şimali Şərq), Kärntner Viertel (Cənub-Şərq), Widmerviertel (Cənub-Qərb), Schottenviertel (Şimal Qərb). Rayon, şəhərin ən əhəmiyyətli biznes mərkəzidir və 100,745 işçisi, korporativ mərkəz və turizm sahələri vardır. Ərazi 2001-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
İçəri Şəhər (dəqiqləşdirmə)
İçəri Şəhər — Bakı şəhərinin tarixi mərkəzi. İçəri Şəhər — şərab növü. İçərişəhər metrostansiyası — Bakıda metrostansiya. İçərişəhər Cümə məscidi — İçərişəhərdə məscidFilmlər İçəri şəhər — 1964-cü ildə çəkilmiş sənədli film. İçəri şəhər — 1978-ci ildə çəkilmiş qısametrajlı film. İçəri şəhər-əbədi nağıl — 1984-cü ildə çəkilmiş sənədli film. İçəri şəhər — 2015-ci ildə çəkilmiş bədii film.
Cümə məscidi (İçəri Şəhər)
İçərişəhər Cümə məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Cümə məscidi == === Tarixi === Məscidin divarına həkk olunmuş binanın inşası haqqında olan kitabədə yazılıb: "709-cu ilin rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir". Kitabə barədə Sara Aşurbəyli Şirvanşahlar dövləti kitabında belə yazır: "Bakı qalasında qədim Cümə məscidinin cənub tərəfindəki divarda ərəbcə yazılmış kitabədə binanın təmir olunduğu xəbər verilir. "Məlik əl-üməra və l-əkabir" (əmirlərin və əyanların məliki) Şərəf əd-Din Mahmud ibn Fəxr əd-Dinin adı çəkilir və h.709 (1309/10)-cu il tarixi göstərilir."Görünür həmin dövrdə məscid təmir edilib genişləndirilmişdir.Bakı Came məscidinin atəşgah məbədinin yerində inşa olunduğu iddia olunur.Məscid Hicri-qəməri təqvimlə 1024-cü ildə təmir edilmişdir.Bakı Came məscidi 1899-cu ildə uçurulmuş və yerində Bakı milyonçusu, xeyriyyəçi Hacı Şıxəli Dadaşov tərəfindən yenisi inşa edilmişdir. === Haqqında === Bir qədər mürəkkəb biçimli planı Bakı Came məscidinin bir neçə mərhələdə tikildiyini və ətrafı yaşayış məhəllələri ilə əhatə olunmuş məhdud ərazidə genişləndiyini göstərir. Onun başlıca dayaq bölümləri cənub hissəsində kvadrat biçimli ibadət salonu və şimal tərəfində minarədir. Onların arası müxtəlif ölçülü yerləşgə və kiçik iç həyətlərlə doldurulub. Məscidin özəyi və ən əski bölümü ibadət salonudur. İbadət salonu planda kvadrat biçimli olub quruluşuna görə Səlcuqlular dövrünün köşk tipli məscidlərinə bənzəyir. Onun örtüyü də arxaik biçimli idi.
İçəri Şəhər (film, 1964)
== Məzmun == Film tarixi abidə — İçərişəhər haqqındadır.
İçəri şəhər (film, 1978)
== Məzmun == Qədim memarlıq abidələrini nadir "daş kitab", "donmuş musiqi" adlandırırlar. Filmdə İçəri şəhərin ərazisində yerləşən memarlıq abidələrindən, bu nadir tarixi kompleksin bugünkü taleyindən, problemlərindən bəhs olunur.
İçəri şəhər (film, 2016)
İçəri şəhər — rejissor İlqar Safatın filmi. == Haqqında == Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. == Məzmun == Müasir Azərbaycanda cərəyan edən hekayə yaşıdlarının bəsit ambisiyalarından uzaq olan istəklərlə yaşayan gənc tələbə Arzu və xəyalları puç olmuş Qarabağ müharibəsi veteranı Rafaelin sevgisindən bəhs edir. Hekayə əsrlər boyu milli mentalitetin hökm sürdüyü ölkədə gənc qadın üçün ənənələrə zidd olan dəyərlərlə yaşamaq və azad sevməyin nə olduğunu, eləcə də cəmiyyətinin ümidlərini doğrultmayanda çəkdirilən əzabları təcəssüm edir. == Festivallar və mükafatlar == “İçəri şəhər” bədii filmi 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 2016-cı il noyabrın 11-dən 27-dək Estoniyanın paytaxtı Tallində keçirilib. "İçəri şəhər” bədii filmi Hindistanın 7-ci "Yaşvant” beynəlxalq film festivalında nümayiş etdirilib. Festival 2017-ci il yanvarın 20-dən 26-dək Mumbay şəhərində keçirilib. “İçəri şəhər” filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramı çərçivəsində Benqaluru və Maysur şəhərlərində nümayiş etdirilib. “İçəri şəhər” bədii filmi Hindistanın 3-cü “Kozhikode” Beynəlxalq Film Festivalına dəvət alıb.
İçəri Müşlan
İçəri Müşlan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == İçəri Muşlan kəndi Oxcu çayının sahilində, dağətəyi ərazidədir. Keçmış adı Muşlan olmuşdur. Yaşayış məntəqəsini Türkiyənin Muş əyalətindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Bu kənddən çıxmış ailələr Oxcu çayının sağ sahilində Qıraq Muşlan kəndini saldıqdan sonra buraya İçəri Muşlan, yeni "əsas, ic Muşlan" deyilmışdir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Mədəniyyəti == 1 orta məktəb (Soltan Qardaşov adına), 1 kitabxana, 1 uşaq bağçası var. == Coğrafiyası və iqlimi == Kənd Oxçuçayın sahilində yerləşir. Məlikli, Tatar və Zəngilan kəndləri ilə həmsərhəddir. Şirin sulu bulaqları və təbii bitki örtüyü var.
İçəri bazar
İçəri bazar (Qax qala qapıları və divarları) — Qax şəhərinin mərkəzində yerləşir. XVIII əsrin I yarısında inşa olunmuş, XIX əsrdə ruslar tərəfindən təmir edilmişdir. Əvvəllər xalq arasında İçəribazar adlanan (indi İcəribazar küçəsidir) məhəlləni əhatə edən qala divarları və bürclərlə əhatələnmiş qala qapılarından ibarətdir.Bəstəkar Müslüm Maqomayevin atasının emalatxanası bu məhəllədə yerləşir.
İçəri şəhər-əbədi nağıl (film, 1984)
== Məzmun ==
Abay (şəhər)
Abay (qaz. Абай; 1961-ci ilə qədər — qəsəbə Çurubay-Nura və ya Çurbay-Nura (qaz. Шерубай-Нұра)) — Qazaxıstanın Karağandı vilayətindəki şəhər. 1949-cu ildə Karağandı kömür hövzəsinin qərb hissələrinin inkişafı ilə əlaqədar olaraq bir işçi qəsəbəsi olaraq meydana gəldi. 2002-ci ildən — Abay bölgəsinin mərkəzi. Şəhər Karabas dəmir yolu stansiyasından 8 km, Qaragandadan 30 km cənub-qərbdə yerləşir. Karağandı — Jezkazqan — Qızılyolod magistral yolu şəhərdən keçir, şəhərdən yaxşılaşdırılmış yollarla əlaqələndirilir. Şaxtinski, Saranya. Karabas kəndinin yaxınlığında, Abayın yanında, Jartas su kəməri var. Abay şəhəri Abay Kunanbayevin adını daşıyır.
Abaza (şəhər)
Abaza — Rusiyanın Xakasiya Respublikasında şəhər. == Adı == Şəhərin adı Abakan zavodu ifadəsinin qisqartmasından gəlir. == Coğrafi məkan == Şəhər Abakan çayının yuxarı axarında, dağarası hövzəsində, Abakan şəhərindən 179 km aralıda yerləşir. Şimal-qərbdə Kirs silsiləsinin meşəli yamacları, cənub və cənub-şərqdə isə Sevinc silsiləsi yüksəlir. Dəmiryolu xəttini Krasnoyarsk dəmiryolunun Askiz stansiyası ilə Novokuznetsk — Abakan xətti ilə birləşdirir, regional magistral yolu 95K-002 Abakan - Ak-Dovurak bu şəhərdən keçir. == Tarix == Abaza qəsəbəsi 1856-cı ildə Abakan dəmir filizi yatağının işlənməsi ilə əlaqədar yaranmışdır. 1867-ci ildə burda Ural taciri Kolçugin tərəfindən poladtökmə zavodu quruldu. Zavod 1926-cı ilə qədər işləmişdir. 1926-cı ildən 1957-ci ilə qədər sahə istismar edilməmişdir. 1957-ci ildən etibarən filiz mədəni bərpa edilir.
Akita (şəhər)
Akita (yap. 秋田市) — Yaponiyanın Tohoku regionunun Akita prefekturasının eyniadlı paytaxtı.
Akkad (şəhər)
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.
Akkol (şəhər)
Akkol (qaz. Ақкө́л, tərcümədə — ağ göl; Alekseyevka 1887—1997-ci illərdə) — Qazaxıstanda şəhər, Akmola vilayətinin Akkol rayonunun mərkəzi. Akkol gölünün sahilində, A1 Astana - Şuçinsk şossesi boyunca Astanadan 100 km şimalda. Petropavlovsk - Astana xəttindəki dəmir yolu stansiyası. 2005-ci ildə Akkol şəhərində ilk Qazaxıstan yerüstü kosmik aparat idarəetmə kompleksi istifadəyə verildi. == Tarixi == Rayon sakinlərindən üçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür; onlardan biri - Peter Mixayloviç İsakov - Alekseyevkada anadan olub. 21 may 1991-ci ildə İsakovun yaşadığı evdə xatirə lövhəsi açıldı; bu ev bu günə qədər yaşamayıb. Müharibədən sonrakı illərdə Alekseyevkada mənzil tikintisi yaxşılaşdı və sənaye istehsalı genişləndi. 1945-ci ildə Novoishimskaya və Komsomolskaya MTM bazasında, 79 nəfərin çalışdığı şəhərdəki ilk sənaye müəssisəsi - Komsomolsk mexaniki təmir zavodu təşkil edildi. Alekseyevka, 1954-cü ildə bakirə və əkin sahələrinin işlənməsi illərində daha da inkişaf etmişdir.
Aksu (şəhər)
Aksu (Ağsu) (Uyğurca: ئاقسۇ, Aksu shehiri, Çincə: 阿克苏/阿克蘇; Pinyin: Ākèsū)— Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda bir şəhər. == Qəsəbə və kəndlər == Aksu şəhəri, beş məhəllə komitəsi (社区居民委员会; jūmínwěiyuánhùi), iki qəsəbə (镇 zhèn), beş küçə komitəsi (乡 xiāng), bir xüsusi məhəllə komitəsi, bir xüsusi bölgə və on dörd xüsusi küçə bölgəsi (虚拟乡) kimi yaşayış məntəqələrindən təşkil olunub. Ayrıca Bingtuan Ertuan (兵团二团; Bīngtuán Èrtuán) 1.2 km² yüzölçümünde Sintcan Məhsul və İnşaat Kolordusu (新疆生產建設兵團; Xīnjiāng Shēngchǎn Jiànshè Bīngtuán) bu bölgədə yerləşir. == Tarixi == Bu şəhərin çincə və ingiliscə digər adları: Aqsu New City, Akoso, New Aksu, A-k'o-su-hsien, A-k'o-su-hsin-ch'eng, Aqsu, Aksou, Ak Su Yangi Shahr, A-k'o-su, Aqsu Yangi Shahr, A-k'o-su-chen, Yangi-shahr ve Aksu New City.502-550-ci illər arasında Hunlar, 552-648-ci illər arasında Göytürklər, 648-649-cu illər arasında Tan sülaləsi zamanında Çinlilər, təkrar 659-cu ildən etibarən 744-cü ilə qədər Göytürklər, 790 və 791 - təxminən 842-ci illər arasında Tibetlilər və 1006-cı ildən etibarən Qaraxanlılar 1032-1210-cu illər arasında Şərqi Qaraxanlılar, Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdıqdan sonra Qaraxitaylar, daha sonra; öncə 1227-1370-ci illər arasında Cığatay xanlığı daha sonra 1370-1514-cü illlər arasında Şərqi Cığatay xanlığı və yaxud Moğolustan bu bölgədə hegemonluq qurmuşdur. === Yarkənd xanlığı dönəmi === Şərqi Türkistanda 1514-cü və 1680-ci illər arasında Altışəhər (Altışəhr) olarak bilinən Xotan, Yarkənd, Yengihisar, Qaşqar, Ağsu və Üçturfan kimi şəhərləri əhatə edən bölgədə Yarkənd xanlığı, (mamlakati Yarkənd, məmləkati- Moğoliyə, məmləkəti-Səidiyə) hegemonluq qurmuşdur. XIX əsrin sonunadək, Aksu şəhəri geniş bazar-çarşıları və karvansarayları ilə bölgəsəl bir ticarət mərkəzi halına gəlmişdir. 1887-ci ildə Aksunu ziyarət eden Francis Younghusband, şəhər əhalisi 20,000, artı bir qarnizon və təxminən 2,000 nəfər əsgəri vardı,-deyə yazırdı. == İqtisadiyyat == Yeterincə su qaynaqları və ildə təxminən 200 günden artıq günəş işığı görən Aksu ətrafında taxılçılıq, əkinçilik, bağçılıq və bostançılıq çox inkişaf etmişdir. Bu səbəblə, Han Çinliləri 1980-ci illərdən bəri, yarıhərbi bir təşkilat olan Sincan Məhsul və İnşaat kolorduları qurmuş, məqsədi azlıq milliətlərin strateji sahələrini müstəmləkə halına gətirmək, işlənilməyən yerləri sömürmək üçün böyük mexanikləşdirilmiş dövlət fermaları və böyük bir sulama kanalı tikməyə başlamışdır. == Ədəbiyyat == Hill, John E. 2003.
Aldan (şəhər)
Aldan (saxa Алдан) — Rusiyada, Saxa Respublikasında şəhər. Aldan rayonunun mərkəzidir. Böyük Never dəmiryol stansiyasından 648 kilometr şimalda, avtomagistral üstündədir. Qızıl və mika istehsal edilir. Maşın təmiri zavodu, elektrik stansiyası, politexnikum, tibbi məktəbi var. 1924-cü ildə yaradılmışdır. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Алдан // Города России: энциклопедия (50000 nüs.). М.: Большая Российская энциклопедия. 1994. 16.
Amyen (şəhər)
Amyen (fr. Amiens) — Fransanın şimalında Somma çayı kənarında bir şəhərdir. Şəhər əsas tarixi hissəsi Pikardiya regionuna aiddir. Əhalisi 132479 nəfərdir (2014). == Tarixi == Şəhərin yaranması paleolit dövrünə aid olması haqqında məlumat vardır. 859-cu ildə normanlar tərəfindən işğal olunub. 1185-ci ildə burada karl üçün iqamətgah tikilir. O dövrlərdə Niderlandın ərazisi olan Amyen 1597-ci ildə Fransanın tərkibinə keçir. == İqtisadiyyatı == Şəhər ölkənin əsas toxuculuq mərkəzidir. Hal-hazırda maşınqayırma, yüngül və yeyinti sənayesidə inkişaf etmişdir.
Aomori (şəhər)
Aomori (yap. 青森市 Aomori-şi) — Yaponiyanın Tohoku regionundakı Aomori prefekturasının eyniadlı paytaxtı. Əhalisi 229 min (2004). Honsyu adasının şimalında mühüm tranzit-nəqliyyat qovşağı. Dəniz limanı və beynəlxalq havalimanı var. Tunel (uz. 54 km) vasitəsilə Hakodate ş. (Hokkaydo a.) ilə birləşir. Şəhər 1625-ci ildə salınmışdır. Ticarət və nəşriyyat işi mərkəzidir.
Aqtöbe (şəhər)
Aqtöbe / Ağtəpə (qaz. Ақтөбе; rus. Актобе́) — Qazaxıstanın eyni adlı vilayətinin paytaxtı. == Adı == Aqtöbe toponimi ağ təpə deməkdir.
Aquaskalyentes (şəhər)
Aquaskalyentes (isp. Aguascalientes) — Meksikanın mərkəzi hissəsində şəhər. Aquaskalyentes ştatının inzibati mərkəzi olan şəhər dəmiryol qovşağıdır. Aquaskalyentes kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir. Toxuculuq, yeyinti sənayesi inkişaf etmişdir. Aquaskalyentes yaxınlıqlarında balneoloji kuror var. == İstinadlar == == Əlavə ədəbiyyat == Aguas Calientes // Catholic Encyclopedia. New York. 1907. Reau Campbell, Aguas Calientes // Campbell's New Revised Complete Guide and Descriptive Book of Mexico, Chicago: Rogers & Smith Co., 1909, OCLC 1667015 Aguascalientes // Encyclopædia Britannica (11th), New York, 1910, OCLC 14782424 – Internet Archive vasitəsilə W.H. Koebel, redaktorMexico: Chief Towns: Aguascalientes // Anglo-South American Handbook, 1, New York: Macmillan, 1921, hdl:2027/mdp.39015027978728 Ernst B. Filsinger, Mexico: Aguascalientes // Commercial Travelers' Guide to Latin America, Washington, DC: Government Printing Office, 1922 North Central Highlands: Aguascalientes // Mexico, Lonely Planet, 1998 (fulltext via OpenLibrary) John Fisher, The Bajio: Aguascalientes // Mexico, Rough Guides (4th), London, 1999, səh.
Arad (şəhər)
Arad (rum. Arad; mac. Arad; serb. Арад/Arad) - Rumıniyada Arad judetsinin paytaxt şəhəridir. Bölgə tarixi olaraq Krisana regionunda yerləşir və 20-ci əsrdə Banat bölgəsinin qonşuluğuna qədər genişləmişdi. Arad Qərbi Rumıniyada Timişora və Oradeyadan sonra üçüncü və 159 704 nəfərlik əhalisi ilə Rumıniyanın on ikinci ən böyük şəhəridir.
Ararat (şəhər)
Ararat — Ermənistanda şəhər.
забури́ться кафе́-рестора́н нетрадицио́нность огорчи́ть подмора́живание ски́ния хлебосо́л эпицентри́ческий югосла́вка ю́хтовый безгла́сно знаменова́ться искра́сить как сноп, упасть лени́ться отпла́чивать постмодерни́ст похва́ливать регупо́льный притории epigram lard type variocoupler когда отрыгнуть